Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) - Sənaye təhlükəsizliyi sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirərək dayanıqlı istehsalat və sənaye adına peşə sağlamlığı, əməyin təhlükəsizliyi və mühafizəsi, ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan üsulların keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.
2023-cü ildə təsis edilmiş AISA fəaliyyəti çərçivəsində dövlət və özəl sektor əməkdaşlığını təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kompaniyalar təşkil edilməsi nəzərdə tutulmuşdur. AISA inteqrasiya edilmiş əməyin təhlükəsizliyi mədəniyyəti anlayışını və statistikasını yaratmağı və peşəkarlar tərəfindən təlimlərin, seminarların, məşğələlərin (workshop) keçirilməsini planlayır.