AISA və FHN-in tərəfdaşlığı ilə lift təhlükəsizliyində rəqəmsal transformasiya edən “MyLift” layihəsinin təqdimatı keçirilib
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) və Fövqəladə Hallar Nazirliyinin birgə tərəfdaşlığı ilə hazırlanmış “MyLift” rəqəmsal platformasının Bakı Konqres Mərkəzində rəsmi təqdimatı keçirilib.
AISA ilə Qazaxıstan səfirliyi arasında sənaye təhlükəsizliyi üzrə görüş keçirilib.
"Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası"nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndələri ilə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel və diplomat Yedil Mirzəxanov arasında işgüzar görüş keçirilib.
AISA və Qırğızıstan Diplomatik Nümayəndə Heyəti arasında görüş baş tutub.
14 yanvar 2026-cı il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası”nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə və Assosiasiyanın nümayəndələri ilə Qırğızıstan Respublikasının diplomatik nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə 10 dekabr tarixində III “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə 10 dekabr 2025-ci il tarixində “Dönüm nöqtəsi” konsept mesajı altında “Baku Marriott Hotel Boulevard”da III “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilib.
Naxçıvanda “Texniki təhlükəsizlik bizim prioritetimizdir”şüarı altında dövlət-özəl sektor dialoq forumu təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin iştirakı ilə “Texniki təhlükəsizlik bizim prioritetimizdir” şüarı altında dövlət-özəl sektor dialoq forumu təşkil edilib.
AISA Bakı İqlim Fəaliyyəti Həftəsində "Dayanıqlı Tikili Mühit Planı" üzrə keçirilən dəyirmi masada iştirak edib
Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günündə Azərbaycan Respublikasının “Dayanıqlı Tikili Mühit Planı”na həsr olunmuş dəyirmi masa çərçivəsində ölkəmizdə tikinti və sənaye sahələrində davamlı inkişafın təmin olunması ilə bağlı əhəmiyyətli mövzular müzakirə olunub.
