Sənaye Təhlükəsizliyi Zirvəsi

"Baku Marriott Hotel Boulevard"da "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası"nın təşkilatçılığı ilə | 10 Dekabr

Shadow Image
Event template
Event template
Shadow Image
STZ 2025
Video Image 1
Video Image 2
Shadow Image

“Sənaye Təhlükəsizliyi Zirvəsi” haqqında

“Sənaye Təhlükəsizliyi Zirvəsi” sənaye sahəsinin dinamik inkişafı və artan təhlükəsizlik çağırışları fonunda sənaye və əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və iş mühitinin təhlükəsizliyi sahələrində dünya səviyyəsində tətbiq edilən innovativ həllər və qabaqcıl təcrübələrin müzakirə edildiyi platformadır. Bu zirvə təkcə bir tədbir deyil, o, dəyişən əmək mühitində təhlükəsizlik mədəniyyətini formalaşdırmaq üçün atılmış strateji addımdır. Əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların, peşəkarların, ekspertlərin və qərarvericilərin bir araya gələrək sənaye təhlükəsizliyi üzrə bilik mübadiləsi aparması, aktual problemləri dəyərləndirməsi və innovativ həll yolları axtarmasıdır. Zirvə həm təcrübəli rəhbərlər, həm də bu sahəyə maraq göstərən yeni nəsil mütəxəssislər üçün öyrənmə, şəbəkələşmə və real təsir imkanlarını təqdim edir. Burada formalaşan hər fikir, atılan hər addım sənaye sahəsində daha sağlam, təhlükəsiz və yaşıl gələcəyin qurulmasına xidmət edir.

250+İştirakçı

10+Spiker

Shadow Image
HSE Awards

HSE Awards

“HSE Awards” – fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələri üzrə diqqətəlayiq nailiyyətləri mükafatlandırmaq üçün təşkil edilir. Bu mükafatlar iş yerində təhlükəsizliyin təşviqində, ətraf mühitə təsirlərin azaldılmasında və dayanıqlılığa innovativ yanaşmaların önə çıxarılmasında üstün olan təşkilatların və şəxslərin təltif edilməsini nəzərdə tutmaqdadır. Bununla da, SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə, fərqli sənayelərdə ən yaxşı təcrübələri mənimsəməyə və daha təhlükəsiz, daha dayanıqlı biznes həllərini tətbiq etməyə çağırırıq.

Müraciət et Qaydalarla tanış ol

Təşkilatçılar


Tədbirin planı

Tədbirimizin bütün fəaliyyət planı

Qeydiyyat

09:00 - 10:00

Açılış hissəsi

10:00 - 10:45

Beynəlxalq Sənaye Təhlükəsizliyi gününün təsisi

10:45 - 11:00

I Panel - Qırmızı Xətt

Moderator: İdrak Nəzərovbp, Səngəçal Terminalının SƏTƏMM və Karbon izi üzrə qrup rəhbəri
Spiker: Məmməd ƏlizadəSOCAR, Prezidentin Sağlamlıq və Əməyin Mühafizəsi üzrə müşaviri
Spiker: Yaşar HəmzəyevBeynəlxalq Əmək Təşkilatı, Azərbaycan üzrə koordinator
Spiker: Xamis SeyranovAzərbaycan Metrologiya İnstitutu, Baş direktor
Spiker: Rövşən Mahmudov"Prime Cotton" MMC, baş icraçı direktor
Spiker: Samir ƏliyevAZCON Holding, SƏTƏMM şöbəsinin müdiri

11:00 - 13:00

Nahar Fasiləsi

13:00 - 14:00

II Panel - Safe Talks

Moderator: Emin DostiyariAzərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri
Spiker: İradə Əhmədlibp AGTR Sənaye Gigiyenası Mərkəzi , Rəhbər
Spiker: İan CollinsHow2HOP, təsisçi
Spiker: Max KaiserAkdo, ARR Campus, icraçı direktor

14:10 - 15:40

Çay-kofe fasiləsi

15:40 - 16:00

III Hissə - HSE Awards

Nominasiya 1: Trust Leadership Award
Nominasiya 2: HSE Innovation Award
Nominasiya 3: Workplace Well-Being Award
Nominasiya 4: Social Responsibility Champion Award
Nominasiya 5: HSE Excellence Project Award

16:00 - 16:40

Bağlanış hissəsi

16:40 - 16:50
Shadow Image
Shape

Baş sponsor

Gold sponsor

Tərəfdaş

Media tərəfdaşı


Bizə yazmağa çəkinməyin

Bizimlə əlaqə

Shadow Image
Əlaqə

Sizə necə kömək edə bilərik?

Shadow Image