ru ASTA missiya olaraq sənayedə təhlükəsizlik məsələlərinə ölkə miqyasında məlumatlılıq yaratmaq və sahənin inkişafına dəstək olmağı seçmişdir. Assosiasiyanın məqsədi cəmiyyətdə əməyin mühafizəsi və sağlamlığı şüurunu formalaşdırmaq üçün təbliğat və maarifləndirmə kampaniyaları aparmaq, ən yaxşı təcrübələri təbliğ etmək, bu sahədə çalışan həmkarlar üçün peşəkar inkişaf imkanlarını artırmaqdır.
Assosiasiyanın fəaliyyəti çərçivəsində dövlət və özəl sektor əməkdaşlığını təşviq etmək üçün müxtəlif tədbirlər, forumlar, kompaniyalar təşkil edilməsi nəzərdə tutulmuşdur. ASTA inteqrasiya edilmiş əməyin təhlükəsizliyi mədəniyyəti anlayışını və statistikasını yaratmağı və peşəkarlar tərəfindən təlimlərin, seminarların, məşğələlərin (workshop) keçirilməsini planlayır.