Bu məxfilik siyasəti “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi (bundan sonra – AISA adlandırılacaq) veb-saytında, təqdim etdiyimiz xidmətlər və məhsullarla əlaqədar istifadə olunan digər platformalar vasitəsilə və telefon, e-poçt, forma və ya anket, mesaj, məktub və ya digər ünsiyyət üsulları vasitəsilə topladığı məlumatlar şamil edilir. Nəzərinizə çatdırırıq ki, AISA “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.4-cü maddəsinə uyğun olaraq, ictimai birliyin üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsini AISA tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və məlumatların üçüncü şəxsə ötürmədən aparır. AISA şəxsi məlumatlarınızı yalnız xidmətlərin tətbiqi və AISA haqqında xəbərlər, eləcə də digər yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək.
Xidmətlərimiz və məhsullarımızdan istifadə edərkən, həmçinin üzvlük və layihələrdə iştirak üçün müraciət edərkən aşağıda qeyd olunan məlumatların toplanılması nəzərdə tutulur:
- Əlaqə məlumatları – AISA sizdən ad, soyad və ata adı, hüquqi şəxsin tam adı, vəzifəniz, faktiki və hüquqi ünvan(lar), əlaqə nömrəsi(ləri), e-poçt ünvanı(ları) haqqında məlumatlar daxil olmaqla, ehtiyac yarandığı halda digər məlumatları da tələb edə bilər. Qeyd edək ki, bu cür məlumatlar sizin AISA tərəfindən göstərilən xidmət və məhsullardan yararlanmaq, təşkil olunacaq konfrans və forumlarda iştirak üçün qeydiyyatdan keçdiyiniz zaman istifadə oluna bilər. Nəzərinizə çatdıraq ki, bu tipli məlumatlarınızı paylaşmamaq sizin öhdəliyinizdədir, bu halda AISA tərəfindən müvafiq xidmətlər göstərilməsi qeyri-mümkün olacaqdır.
- Üzvlər haqqında məlumat – AISA üzvlüyə müraciət edən şəxslərdən onların doğum tarixi, vətəndaşlıq, cins, keçmiş iş təcrübələri və vəzifələri, əsas fəaliyyət sahəsi, maraq dairələri, sosial media hesabları, sahib olduğu sertifikatlar və nailiyyətlər haqqında məlumatlar və lazım olduğu təqdirdə qeyd olunanlar kimi digər məlumatları da tələb edə bilər. Bu zaman “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, konfidiensal sayılan bu məlumatlar yalnız şəxsin öz icazəsi ilə 3-cü şəxs ilə paylaşıla bilər.
- Üzvlük, tədbirlərdə iştirak üçün qeydiyyat məlumatları - AISA tərəfindən keçiriləcək konfrans, forum, seminar, vorkşoplar və/və ya xidmətlərindən istifadə etmək üçün hər hansı əlaqə vasitəsilə əldə edəcəyiniz qeydiyyat forumunun doldurulması zamanı yuxarıda qeyd olunan məlumatlarınızdan başqa məlumatların da qeyd olunması tələb oluna bilər. Qeyd edək ki, AISA veb-saytı vasitəsilə tanış olduğunuz və AISA tərəfindən keçirilməyən layihələrə qeydiyyatdan keçdiyiniz halda qeydiyyat prosesi zamanı toplanılan fərdi məlumatlar mühafizəsi bu AISA Məxfilik Siyasəti ilə tənzimlənmir, ola biləcək hər hansı hadisəyə qarşı AISA məsuliyyət daşımır.
Məlumatların toplanma məqsədləri
AISA xidmətlərimizi və məhsullarımızı təqdim etmək və assosiasiyanın fəaliyyətini idarə etmək üçün topladığımız məlumatlardan istifadə edir. Biz belə məlumatları assosiativ fəaliyyətin təminatı üçün istifadə edə və saxlaya bilərik, bunlar aşağıdakı kimidir:
- tələb etdiyiniz xidmət və ya məhsulu təqdim etmək;
- üzvlük statusunuzu təmin etmək;
- üzvlük güzəştlərinizi tətbiq etmək;
- Üzv və gələcək üzv ehtiyaclarını və maraqlarını təhlil etmək və qiymətləndirmək, üzv və gələcək üzvlük təcrübəsini təkmilləşdirmək;
- AISA-nın rəsmi işi, xəbərləri, fəaliyyəti, proqramları, tədbirləri, görüşləri, konfransları, xidmətləri, məhsulları və üstünlükləri barədə sizi xəbərdar etmək;
- tədbir, iclas və konfranslarda iştirakınızı izləmək;
- təhsillə bağlı fəaliyyətləri izləmək;
- qaimə-fakturaları hazırlamaq və ödənişləri həyata keçirmək;
- müəllif hüquqlarının pozulması ilə bağlı bildirişə cavab vermək;
- xidmətlərimizin funksionallığını və təhlükəsizliyini təşviq etmək;
- digər qanuni məqsədlərə nail olmaq üçün.
“Məxfilik Siyasəti”-nin mahiyyəti ondan ibarətdir ki, məlumatlarınızın üçüncü şəxsə ötürülməsi barədə sizə xəbər vermədən və sizin yazılı razılığınız olmadan fərdi məlumatlarınızı AISA (və ya müqavilə əsasında fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirmək vəzifəsinin həvalə edildiyi fərdi məlumatların operatoru) istisna olmaqla digər şəxs və qurumlara ötürmür və ya satmırıq. Bununla belə, “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsi ilə müəyyən olunmuş bəzi istisna hallarda fərdi məlumatlarınızın ötürülməsi mümkündür. Məsələn, bu cür məlumatların qanunvericiliyin tələbi ilə müvafiq dövlət orqanlarına verilməsi mümkündür.