Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 211.001 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Hammurapi qanunları — e.ə. təxminən 1755–1750-ci illərdə Babilin birinci sülaləsinin altıncı hökmdarı Hammurapinin (hakimiyyəti: e.ə. 1792–1750-ci illər) dövründə tərtib olunmuş və Babil üçün nəzərdə tutulmuş hüquqi mətn. Qədim Mesopotamiyanın məlum qanun toplusları arasında ən mükəmməl, ən yaxşı qorunmuş və ən geniş mənbə kimi qəbul edilən bu məcəllə Akkad dilinin qədim Babil dialektində yazılmışdır. Onun Hammurapi tərəfindən şəxsən formalaşdırıldığı güman olunur. Məcəllənin əsas nüsxəsi 2,25 metr hündürlüyündə bazalt stela üzərində həkk edilmişdir. Bu abidə 1901–1902-ci illərdə indiki İran ərazisində, Suza şəhərində Fransa arxeoloqu Jak de Morqan tərəfindən kəşf edilmişdir. Stela yaradılmasından təxminən altı əsr sonra qənimət kimi Suzaya aparılmışdır. Təxminən 4130 sətirdən ibarət mətnin böyük hissəsi mixi yazı ilə abidə üzərinə həkk olunmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
1755–1756-cı illər Konstantinopol Kilsə Məclisi — 1755–1756-cı illərdə çağırılan Pravoslav Kilsəsinin lokal məclisi. Kilsə Məclisi Pravoslav Kilsəsindən kənarda icra edilən bütün müqəddəs sakramentləri etibarsız elan etmiş, vəftiz təcrübəsini tənqid etmiş və katoliklər ilə protestantların pravoslavlığa keçərkən yenidən vəftiz olunması barədə qərar qəbul etmişdir. 1054-cü ildə baş tutmuş Böyük SxizmaReformasiya hərəkatı Pravoslav Kilsəsinin katolisizmprotestantizmə münasibətinin formalaşmasına səbəb olmuşdur. Katoliklərin Pravoslav Kilsəsinə qəbul forması ilə bağlı müxtəlif yanaşmalar mövcud idi. Bunlar tövbə, miropomazaniye və ya vəftiz yolu ilə həyata keçirilirdi. 1484-cü ildə keçirilmiş Konstantinopol Kilsə Məclisi bu məsələni nizama salaraq katoliklərin miropomazaniye yolu ilə qəbul edilməsini qərara almışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Macarıstan forintinin sikkələri — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli