İbrahim Server Sevil Neft-qaz da daxil olmaqla müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühit proqramlarının idarə edilməsində təcrübəyə malik SƏTƏM və Proses Təhlükəsizliyi Peşəkarıdır. Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə NEBOSH Diplomuna, Texas A&M Universitetində Hadisə Komandalığı Təliminə və SƏTƏM idarəetməsində müxtəlif digər sertifikatlara malikdir. SOCAR, TÜRPAŞ, Shell, İpragaz və s. daxil olmaqla bir çox şirkətlərdə işləmişdir. Hal-hazırda "SOCAR Downstream Management" MMC-də SƏTƏM üzrə menecer vəzifəsində çalışır.
Qaibov Fikrət Firidun oğlu 31.07.1985-ci ildə Bakı şəhərində anadan olub, Bakı Mühəndislik Universitetinin Beynəlxalq Hüquq fakultəsini bitirmişdir.
2022-ci ilin avqust ayından etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizik Texnikası Elmi-Tədqiqat İnstitutunda Baş Hüquq məsləhətçisi vəzifəsində çalışır.
Akif Əfəndiyev 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur.
2007-ci ildən 2013-cü ilədək Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda baş hüquq məsləhətçisi işləmişdir.
2013-cü ildən 2019-cu ilədək Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq sektorunun müdiri vəzifəsində, 2019-cu ildən hal-hazıra qədər Agentliyin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir.
İsmayıl Nəsirov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunudur. İstanbul Universitetinin İdarəetmə fakültəsi üzrə magistr təhsili almışdır. Birləşmiş Millətlər Təşkilatının İqtisadi Komissiyasının "Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyasının Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisidir.
Aysel Həsənova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pilləsini bitirib.
Fransanın Montpellier Universitetində Nüvə və digər radioaktiv mənbələrin qanunsuz dövriyyəsi üzrə master tezisini müdafiə edib.
ABŞ-nın “Middlebury College and the Monterey Institute of International Studies”də Nüvə silahının yayılmaması və terrorizm (Master of Arts in Nonproliferation and Terrorism Studies) sahəsində tədqiqat işini aparıb.
Nüvə hüququ və liderlik modulu üzrə Oxford Universitetinin diplomunu alıb və Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin "MEPhI" Nüvə sahəsində biliklərin idarəedilməsi üzrə ixtisas təkmilləşdirmə kursunu bitirib.
Nüvə fiziki təhlükəsizliyi (Nuclear Security PMP) üzrə ixtisaslaşma təlimindən keçib və beynəlxalq tanınma sertifikatını alıb.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radiolojı Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində hüquq şöbəsində çalışır.
Vüqar Xəlilov 2009-cu ildən əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində çalışır. 2014-cü ildən etibarən əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində təşkil edilən təlim kurslarına təşkilati rəhbərlik edir.
Vüqar Xəlilov hal-hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, normativ-texniki sənədlərin işlənməsi və patent şöbəsinin müdiri vəzifəsində çalışır.
Elxan Çərkəzov “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamentində SƏTƏMM şöbəsinin rəisi vəzifəsində, daha sonra QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentində Texniki istismar şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2023-cü ilin fevral ayından ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdir müavini vəzifəsində fəaliyyət göstərir.
Elxan Çərkəzov 20 sayda SƏTƏM üzrə müxtəlif yerli və beynəlxalq sertifaktlara (for ex: İOSH, İSO 45001:2018 və s) malikdir.