İŞĞALDAN AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN GÜNLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1057 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust - Laçın şəhəri günü; 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günü.

İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

 

20 SENTYABR - AĞDƏRƏ ŞƏHƏRİ GÜNÜ

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()