Biz kimik?

Haqqımızda

Haqqımızda

Azərbaycanın tekstil sənayesinin lideri olan, GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlamışdır. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulmuş, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.

Şirkət COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək məqsədilə tibbi maska istehsal sahəsi yaratlmışdır.
GİLTEX MMC, şəffaf vergi ödəyicisi olaraq etibarlı vergi tərəfdaşı statusuna malikdir.

GiLTEX Rəqəmlərdə

  • İşçilər: 1000-dən çox
  • Ərazi: Ümumilikdə 15 hektar, 70.000 m2 istehsal sahəsi
  • İstehsal gücü: 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti, 250 min uniforma
  • Fabriklər: İplik, toxuma, hörgü, boyama, tikiş və maska istehsalı fabriklər.

Vizyon və Missiya

GiLTEX şirkəti innovasiya, keyfiyyət və sosial məsuliyyət vasitəsilə dayanıqlı tekstil istehsalına öndərlik etməklə yanaşı işçilər, müştərilər və cəmiyyət üçün daha yaxşı bir gələcək qurmağa çalışır. Biz qabaqcıl texnologiyalardan istifadə edərək etik dəyərlərə və işçi rifahına üstünlük verərək tekstil sahəsində mükəmməlliyə nail olmağa çalışırıq.

Dəyərlərimiz

İşimizə istiqamət verən əsas prinsiplərimiz:

  • Müştəri yönümlülük: Fərdi həllər və uzunmüddətli tərəfdaşlıqlar
  • Keyfiyyət: Hər məhsulda yüksək standart
  • İnnovasiya: Ən qabaqcıl həllərlə irəliləmək
  • İşçilərin rifahı: Təhlükəsiz və inkluziv iş yeri
  • Dayanıqlılıq:: Ətraf mühitə məsuliyyətli yanaşma

Nəyə görə biz?

GiLTEX MMC yalnız Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulmuş yeganə şirkətdir. Müəsisə tekstil istehsal prosesini tam əhatə edir və sap əyirməsindən son məhsula qədər keyfiyyətə nəzarət sisteminə malikdir. Şəffaflıq, əmək təhlükəsizliyi və ətraf mühitin qorunmasına sadiqliyimiz bizi tekstil sənayesində etibarlı tərəfdaşa çevirir, müsbət təsir və dayanıqlı inkişafı irəlilədir.

342A4842