Parçalar

Hörgü parça, toxuma parça, xovlu parça

Boyama fabrikləri

İplik boyası, rotasiya çapı, rəqəmsal çap

Tikiş fabriki

Ev tekstili, uniforma, hərbi geyim

İplik

Yataq dəstləri

Hörgü parçalar

Xüsusi iş geyimləri

Xovlu parça

Rəqəmsal çap

Hərbi geyim

Tibbi tekstil

Toxuma fabrikiToxuma fabriki

Fabrikimiz Almaniyadan Karl Mayer, Belçikadan Picanol toxuculuq maşınları, Almaniyadan Mayer&Cie toxuculuq maşınları və İtaliyadan Itema dəsmal toxuyan maşınlarla təchiz edilmişdir. İstehsal gücü ayda 1.400.000 xətti metr xam toxunmuş parça, 135 ton trikotaj parça və 80 ton dəsmaldan ibarətdir. Bu maşınlar geniş çeşiddə yüksək keyfiyyətli toxuculuq imkanları təklif edir.
https://giltex.az/wp-content/uploads/2024/09/342A4979-1280x915.jpg

İstehsal olunan məhsullar əsasən 100% pambıq tərkiblidir. Xam toxuma parçalar 90 sm-dən 340 sm-ə qədər enində toxuna bilər və kreton, ranfors, satin, yollu satin, qabardin, ripstop və s. növləri əhatə edir. Fabrikdə interlok, lakost, süprəm, ikiiplik, ribana və kaşkorse hörgü parçalar, düz və jakkardlı xovlu dəsmallar istehsal edilir. Ümumi istehsal sahəsi 20.000 m²-dir.

https://giltex.az/wp-content/uploads/2024/09/342A5937-640x640.jpg
Biz kimik?

Haqqımızda

2012-ci ildə Sumqayıtda yaradılmış GiLTEX MMC Azərbaycanda və Cənubi Qafqaz regionunda toxuculuq istehsalının bütün texnoloji ardıcıllığını əhatə edən şaquli inteqrasiya sistemi ilə qurulmuş yeganə müəssisədir. Bizim obyektlərimizə əyirici, iki toxuculuq fabriki, iki boyaq fabriki, tikiş fabriki və tibbi maska fabriki daxildir.
bt_bb_section_bottom_section_coverage_image

Sertifikatlar

"GİLTEX" tekstil fabrikində bir neçə mərhələli keyfiyyətə nəzarət sistemi tətbiq olunur. Müəssisəyə daxil olan xammal və köməkçi vasitələrin qəbulu yerli və beynəlxalq normativ sənədlər əsasında tərtib olunmuş spesifikasiyalara uyğun olaraq həyata keçirilir. Məhsulların keyfiyyət göstəriciləri müntəzəm olaraq müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzi Sınaq Laboratoriyası tərəfindən yoxlanılır. Laboratoriya personalı ISO 17025:2017 standartı mövzusunda beynəlxalq akkreditasiya qurumları tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişdir. Müəssisədə mövcud olan Keyfiyyət İdarəetmə Sistemi ISO 9001:2015 standartı üzrə sertifikatlaşdırılıb.

Modern technology in dyeing yarns with Machines for Textile Industry, Dyeing Machine Chemical Tanks

GILTEX MMC məhsulları AZS Milli Sertifikatlaşdırma Sistemi üzrə uyğunluq sertifikatı alıb.

bt_bb_section_top_section_coverage_image
bt_bb_section_bottom_section_coverage_image
Vakansiyalarımız

GiLTEX MMC-də karyera qurmaq istəyinizi yüksək qiymətləndiririk.

bt_bb_section_top_section_coverage_image
bt_bb_section_bottom_section_coverage_image
Əlaqə saxlayın

Bizimlə əlaqə saxlayınƏlaqə

Bizə zəng edin

(+994 12) 585 10 80

E-poçt

info@giltex.az