BİZ KİMİK?
Tikinti, sənaye və gəmiçilik sektorunda aparıcı təchizat şirkəti!
Haqqımızda
Şirkət 1998-ci ildə yaradılıb və fəaliyyətinin ilk illərində “Universal Makina” adı altında fəaliyyət göstərib. Bu müddət ərzində Bosch, Saint Gobain, Klingspor, Telwin, Jotun, ESAB, Çağsan, Lincoln Electric, Rockwool kimi dünya brendlərinin rəsmi nümayəndəliyinin distribüterlik fəaliyyətini həyata keçirib. 2013-cü ildə rebrendinq olunan şirkət “Universal PRO” adlandırılıb. Və bu yenilikdən sonra öz fəaliyyətini “B2B/B2G” seqmentində inkişaf etdirərək böyük miqyasda genişləndirib.
Hazırda “Universal PRO” daxili və xarici bazarlarda lider brendlərlə çalışaraq çoxçeşidli və genişprofilli məhsul portfelinə sahibdir. Dünya üzrə 1200-dən çox tədarükçü şirkət ilə yüksək səviyyədə işgüzar əlaqələr qurmaqla rəqabətcil, GENİŞ SPEKTRLİ TƏCHİZAT XİDMƏTİNİ təklif edir.
Tədarük portfeli 30% yerli, 70% isə xarici bazarlardan aparılır. Layihə ehtiyaclarına uyğun istehsalçının ərazisindən, dəniz portlarından və ya birbaşa layihə sahəsinə olmaqla məhsul tədarük edilir.
Universal Pro, 3-cü tərəflərə ödəmə də daxil olmaqla, tədarük zəncirinin bütün mərhələlərində riskləri öz üzərinə götürərək qüsursuz xidmət modelini özündə birləşdirir.
Universal PRO hazırda dövlət qurumları, neft-qaz sənayesi, inşaat, gəmiçilik kimi əsas aparıcı sahələrdə 150-dən çox aktiv korporativ müştəriyə məxsus mötəbər layihələrin əsas tədarük strategiyalarında başlıca dəstəkçidir.
Vizyon
Müstəsna müştəri xidmətləri və dayanıqlı həllər təqdim edərək, yaratdığımız dəyərlərlə yerli bazarın ən etibarlı və innovativ təchizatçı şirkəti olmaq.
Missiya
İnsan kapitalına və metodlarımıza ivestisiya etməklə müştərilərimizin gözləntilərindən üstün, fərqli, etibarlı və sərfəli təchizat həlləri təklif edərək uzunmüddətli tərəfdaş olmaq.
Müştəriyönümlülük
Müştərilərimizin gözləntilərini qarşılamaq, ən yaxşı həllər və xidmətlər təqdim etmək üçün əlimizdən gələni edirik.
Keyfiyyət
Təklif etdiyimiz bütün məhsul və xidmətlərin keyfiyyətinə cavabdehlik daşıyırıq.
Dayanıqlılıq
Əməliyyatlarımızda və təchizat zəncirimizin fəaliyyətində ətraf mühitə təsirimizi azaltmağa və dayanıqlılıq təcrübələrini təşviq etməyə çalışırıq.
İnsan Kapitalı
Əməkdaşlarımıza öz işlərini həvəslə icra etmələri, yeniliklərə imza atmaları və həm şəxsi, həm də peşəkar səviyyədə inkişafa nail olmaları üçün hər zaman dəstək oluruq.
İnklüzivlik
Hər kəsin dəyər gördüyü, hörmətlə yanaşıldığı və dəstəkləndiyini hiss etdiyi rəngarəng və inklüziv iş yeri yaratmağa çalışırıq.
NİYƏ BİZ?
Universal PRO dövlət qurumları, neft və qaz, tikinti və gəmiçilik də daxil olmaqla müxtəlif sənaye sahələrində əsas təchizatçı kimi mühüm rol oynayır. Etibarlı təchizat strategiyaları təmin etmək üçün sarsılmaz öhdəliyimiz müştərilərimizin əməliyyatlarında etibarlı tərəfdaş kimi mövqeyimizi möhkəmləndirib.
25+
Bazarda fəaliyyət
150+
Aktiv korporativ müştəri
120+
Təchizatçı tərəfdaş