logo
Techin-sol şirkəti üçün veb sayt

Techin-sol şirkəti üçün veb sayt

Techin-sol şirkəti Technical Inspection Solutions MMC 2018-ci ildən etibarən Azərbaycanda dəniz, müxtəlif inşaat, kənd təsərrüfatı, neft və kimya sənayesi o cümlədən istehsalat müəssisələrində fəaliyyət göstərən təhlükə potensiallı qurğu və avadanlıqların testi, diaqnostikası və texniki yoxlamasını həyata keçirən şirkət olaraq təsis edilmişdir. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.

Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.

Techin-sol şirkəti üçün veb sayt – 1 Techin-sol şirkəti üçün veb sayt – 2
UX/UI Dizayn və Strukturlaşdırma

İşə sıfırdan UX araşdırması və istifadəçi ssenarilərinin qurulması ilə başladıq. Saytın/məhsulun strukturunu auditoriyanın davranışına uyğunlaşdıraraq naviqasiyanı sadələşdirdik.

  • Istifadəçi axınları və məlumat blokları maksimum rahatlıq üçün quruldu.

Mobil-first yanaşma tətbiq olunaraq bütün ekran ölçülərində stabil görünüş və rahat istifadə təmin edildi. Vizual üslubda premium və brendə uyğun kompozisiya, oxunaqlı typography və balanslı boşluqlar seçildi.

Techin-sol şirkəti üçün veb sayt – 3 Techin-sol şirkəti üçün veb sayt – 4 Techin-sol şirkəti üçün veb sayt – 5
Texniki İnkişaf və SEO Optimizasiyası

Həll performans optimizasiyası, təhlükəsizlik və SEO yönümlü struktur üzərində quruldu. Semantik kodlaşdırma, düzgün meta strukturu və sürətli yüklənmə üçün lazımi optimizasiyalar tətbiq edildi.

Admin tərəfdə idarəetmə prosesi sadələşdirildi: məzmunun yenilənməsi, media faylların idarəsi və məlumatların strukturlaşdırılması rahatlaşdırıldı. Beləliklə layihə həm istifadəçi təcrübəsi, həm də uzunmüddətli rəqəmsal inkişaf baxımından hazır vəziyyətə gətirildi.