Protectimus iki amilli tanıma sistemi yüksək təhlükəsizlik standartlarına OATH uyğun gəlir və bir dəfəyə işlənən parolların yaradılması üçün HOTP, TOTP, OCRA kimi etibarlı alqoritmlərdən istifadə edir. Protectimus-un 2FA sistemi, eyni zamanda, məlumatların imzalanması, daxilolma vaxtı və yerinə görə ağıllı süzülmə, eləcə də istifadəçinin əhatə mühitinin analizi kimi bir sıra mütərrəqqi iki amilli tanıma funksiyalarını təklif edir. Protectimus məhsulları, Windows (lokal və ya uzaqdan RDP vasitəsilə), Ubuntu, MacOS, OWA, ADFS, Active Directory, LDAP, Roundcube və RADIUS protokolunu dəstəkləyən sistemləri qorumağa imkan verir. Həmçinin, API vasitəsilə istənilən sistemlə inteqrasiya mümkündür.
Protectimus bir dəfəyə işlənən parolların çatdırılması üçün innovativ üsullar təklif edir. Bunlar arasında klassik və proqramlaşdırılan avadanlıq TOTP tokentləri, Android və iOS üçün bulud ehtiyatı ilə bir dəfəyə işlənən parolların yaradılması tətbiqləri, OTP-nin Telegram, Viber və Facebook Messenger vasitəsilə çatdırılması üçün çat-botlar, habelə Email və SMS tanıma həlləri var.
Məlumatlarınızı Protectimus – çox amilli tanıma sahəsindəki tərəfdaşınızla birlikdə qoruyun.

iIT Distribution – Protectimus şirkətinin rəsmi distribütoru, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Tacikistan, Qırğızıstan, Ermənistan və Gürcüstan ərazisində həllərin distribusiyasını və təbliğatını təmin edir, həmçinin onların layihələndirilməsi və tətbiq edilməsi üzrə peşəkar dəstəyi təmin edir.