“AzerGold” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
(Elan tarixi: 24.04.2026)
Elektron təhlükəsizlik və giriş-çıxış sistemi, avadanlıqlar və proqram təminatının satınalınması
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına (tender@azergold.az) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu tender@azergold.az elektron poçt ünvanına göndərməlidirlər.
Ehtimal olunan qiymət – 76.478,14 AZN
İştirak haqqı – 100,00 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin H.Cavid filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201531,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Qiymət Cədvəli
|
№ |
Malların və işlərin adı |
Təsviri |
Ölçü vahidi |
Miqdarı |
Vahidin qiyməti |
Ümumi məbləğ |
|
1 |
Monitor alınması və quraşdırılması |
Ölçü: 27 (istifadə sahəsinə uyğun) Panel: LED/LCD, sənaye mühitinə davamlı İşləmə temperaturu: -10°C – +50°C İşıqlandırma: Minimum 250 cd/m², anti-reflektiv örtük Qarşılıq nisbəti (Contrast Ratio): Minimum 1000:1 Reaksiya müddəti (Response Time): ≤5ms Qarışıq rəng dəstəyi: 16.7M rəng İnterfeyslər: HDMI x2, DisplayPort x1, VGA x1, USB hub (əgər varsa) Montaj: VESA mount dəstəyi, divar üçün uyğun Əlavə xüsusiyyətlər: Sənaye şəraitində fasiləsiz iş, anti-glare örtük, enerji qənaət modulu Zəmanət: Minimum 12 ay, orijinal və sertifikatlı avadanlıq |
ədəd |
2 |
|
|
|
2 |
Elektron turniket alınması və quraşdırılması |
Tip: Tripod / Full height, metal korpus Ölçü: Standart 1200mm hündürlük, 550mm genişlik İş rejimi: 24/7, fasiləsiz, -20°C – +60°C Sensorlar: Fail-safe, emergency rejim, giriş-çıxış monitorinqi İnteqrasiya: Kart oxuyucu, proqram təminatı, offline/online rejim Qoruma: Anti-passback, qadağan olunmuş zonalar, shift-based giriş Montaj: Beton/metal səthə quraşdırılmağa uyğun Zəmanət: Minimum 12 ay, sertifikatlı |
ədəd |
2 |
|
|
|
3 |
Kart oxuyucuları alınması və quraşdırılması(cardreader) |
Texnologiya: RFID 125 kHz / 13.56 MHz, multi-factor authentication (kart+PIN / kart+biometrik) Biometrik identifikasiya üsulları sırasında üz tanıma (face recognition) funksiyasının dəstəklənməsi tələbinin əlavə edilməsi təklif olunur. Bu funksiya nəzərə alınmaqla, kart oxuyucularının quraşdırılması üçün bütün zəruri montaj və tənzimləmə aksessuarları (braketlər, dayaqlar, tənzimlənən tutacaqlar və s.) təmin edilməli, kart oxuyucuları insan boyuna uyğun optimal hündürlükdə quraşdırılmalı və oxuma bucağı istifadəçi istiqamətinə uyğun şəkildə sazlanabilən olmalıdır. Quraşdırma həlləri fərqli istifadəçi boyları və iş şəraitinə uyğunlaşdırıla bilən çevik mexaniki tənzimləmə imkanlarına malik olmalıdır. Bundan əlavə, kart oxuyucuları kart əsaslı giriş zamanı stabil və gecikməsiz oxunuşu təmin etməli, kartların yanlış və ya təkrar oxunmasının qarşısını alan mexanizmlərə malik olmalıdır. Kart oxuyucuları kontaktless RFID kart texnologiyası üzrə müxtəlif təhlükəsizlik səviyyələrini dəstəkləməli, klonlanmaya qarşı artırılmış qoruma imkanlarına malik kartlarla uyğun işləməlidir. Kart oxunuş məsafəsi sənaye mühitində stabil işləməni təmin edəcək şəkildə optimallaşdırılmalı və yüksək istifadə intensivliyi şəraitində etibarlı performans göstərməlidir. Kart oxuyucuları offline rejimdə işlədiyi zaman kartla giriş-çıxış əməliyyatlarını yerli yaddaşda saxlamalı və şəbəkə bərpa olunduqda məlumatları avtomatik və itkisiz şəkildə mərkəzi sistemlə sinxronizasiya etməlidir. Kartların aktivləşdirilməsi, deaktiv edilməsi və giriş icazələrinin dəyişdirilməsi mərkəzləşdirilmiş proqram təminatı üzərindən operativ şəkildə həyata keçirilə bilməlidir. Kart oxuyucuları proqram təminatı vasitəsilə kodlanan kartlara uyğun işləməli, kart identifikatorlarının istifadəçi profilləri ilə düzgün əlaqələndirilməsini təmin etməlidir. Quraşdırılan kart oxuyucuları gələcəkdə kart əsaslı giriş ssenarilərinin biometrik identifikasiya üsulları ilə kombinə olunaraq istifadəsinə imkan verən texniki və funksional uyğunluğa malik olmalıdır.
Offline imkan: Tam işlək, şəbəkə bərpa olduqda sinxronizasiya Giriş imkanı: Anti-passback, zone/area based, shift-based Komponent: Metal korpus, sənaye standartına uyğun Montaj: Divar və turniket inteqrasiyası üçün uyğun Zəmanət: Minimum 12 ay |
ədəd |
20 |
|
|
|
4 |
Proqram təminatı və funksionallıq alınması və quraşdırılması |
Proqram təminatı və funksionallıq alınması və quraşdırılması fasiləsiz iş rejimində, tozlu, rütubətli və ağır sənaye-mədən şəraitində istismar üçün nəzərdə tutulmalı, proqram təminatı və avadanlıq komponentləri bir-biri ilə tam inteqrasiya olunmuş şəkildə çalışmalıdır. Proqram təminatı giriş-çıxış nəzarət sisteminə aid avadanlıqlarla, o cümlədən kart oxuyucuları və biometrik identifikasiya qurğuları ilə funksional inteqrasiyanı təmin etməlidir. Proqram təminatı mərkəzləşdirilmiş idarəetmə prinsipi ilə işləməli, vahid platformadan idarə olunmasını təmin etməlidir. Sistem offline rejimdə işləmə imkanına malik olmalı və şəbəkə bərpa olunduqda bütün məlumatlar avtomatik sinxronizasiya edilməlidir. Proqram təminatı aşağıdakı əsas funksional blokları əhatə etməlidir:
Sistem kart, PIN və biometrik identifikasiya üsullarını (üz tanıma – face recognition daxil olmaqla) dəstəkləməli, bu üsulların kombinasiyası əsasında ikili və ya çoxfaktorlu (multi-factor authentication) giriş mexanizmlərinin tətbiqini təmin etməli, anti-passback, area-based və zone-based giriş nəzarəti, növbəli (shift-based) iş rejimi və qadağan olunmuş zonalar üzrə məhdudiyyətlərin tətbiqini mümkün etməlidir. Biometrik identifikasiya imkanlarının gələcəkdə əlavə modul və ya lisenziyalar vasitəsilə genişləndirilməsi mümkün olmalıdır. Proqram təminatı təhlükəsizlik baxımından rol əsaslı giriş (Security, HR, IT və s.), audit log-ların saxlanılması, audit qeydlərinin dəyişdirilə bilməyən formatda qorunması, məlumatların qorunması və ehtiyat nüsxələnməsi (backup) imkanlarına malik olmalıdır. Sistem üzrə bütün məlumatlar (istifadəçi məlumatları, giriş-çıxış jurnalları, hesabatlar və audit qeydləri) minimum 5 (beş) il müddətində saxlanılmalı və istənilən vaxt Excel və PDF formatlarında ixrac edilə bilməlidir. Bu iş həcmi sənədi çərçivəsində proqram təminatı, avadanlıq, lisenziyalar, sistem komponentlərinin inteqrasiyası, quraşdırma, sazlama, test, təlim və texniki servis işləri bir-biri ilə ayrılmaz bütöv hesab olunur və “açar təslim” prinsipi ilə yerinə yetirilməlidir. Proqram təminatı və funksionallıq: Offline rejimdə işləmə və şəbəkə bərpa olunduqda avtomatik sinxronizasiya; Anti-passback funksiyası; Area-based və zone-based giriş icazələri; Növbəli (shift-based) iş rejiminin dəstəklənməsi; Qadağan olunmuş zonalar üzrə xüsusi məhdudiyyətlərin tətbiqi; Real-time monitorinq və hadisələrin izlənməsi; Audit trail və giriş-çıxış jurnallarının saxlanılması; Personal və podratçıların giriş-çıxış vaxtlarının avtomatik qeydiyyatı; İşə gəlməyənlərin və gecikənlərin müəyyən edilməsi; Filtrləmə imkanları (tarix, NBM, şirkət, şəxs və s.); Davamiyyət, gecikmə və devamsızlıq üzrə hesabatların formalaşdırılması. Avadanlıqların obyektin təhlükəsizlik və sənaye normalarına uyğun şəkildə inteqrasiyasının təmin edilməsi Sistem komponentlərinin konfiqurasiyası və test edilməsi; Pilot rejimdə yoxlama və tam istismara verilmə; Proqram təminatı üçün tələb olunan bütün lisenziyalar (əsas platforma, funksional modullar, biometrik identifikasiya, kart oxuyucuları, turniketlər və digər giriş nöqtələri ilə inteqrasiya və digər zəruri komponentlər üzrə) bu iş həcmi çərçivəsində təmin edilməlidir. Lisenziyalar sistemin tam funksional şəkildə işləməsi üçün kifayət etməli və əlavə gizli və ya sonradan tələb olunan ödənişlərə səbəb olmamalıdır. Lisenziyalaşdırma çərçivəsində minimum 20 ədəd kart oxuyucusu və ya giriş nöqtəsi (door/lane) və minimum 2000 nəfər istifadəçi üçün tələb olunan lisenziyalar nəzərə alınmalıdır. |
paket |
1 (tam paket) |
|
|
|
5 |
Sistem çərçivəsində inteqrasiya edilmiş kart printeri alınması |
Sistemlə tam inteqrasiya olunan kart printeri təmin edilməli, kartların üzərinə istifadəçi məlumatlarının (ad, soyad, foto, kart ID və s.) birbaşa proqram təminatı üzərindən çap edilməsi mümkün olmalıdır. Kart printeri proqram təminatı ilə uyğun işləməli və kartların kodlanması (encoding) imkanını təmin etməlidir. |
ədəd |
2 |
|
|
|
6 |
Printer üçün kartric alınması |
proqram təminatı ilə tam inteqrasiya olunmuş printeri ilə uyğun |
ədəd |
20 |
|
|
|
7 |
Keçid kartları alınması |
Sistem ilkin mərhələdə minimum 3000 ədəd kart ilə təmin edilməlidir. Kartlar kontakt və ya kontaktless (RFID) texnologiyalı olmalıdır. Hər kart üçün istifadəçi məlumatları proqram təminatı ilə tam əlaqələndirilməlidir (ad, soyad, rol, giriş icazəsi, növbə və s.). Kartlar multi-factor authentication üçün uyğun olmalıdır (kart + PIN / kart + biometrik identifikasiya). |
ədəd |
2000 |
|
|
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
Təchizatçı İşlərin icrası və mal-materialın təchizi ilə bağlı yaranacaq bütün xərcləri (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) tender təklifində nəzərə almalıdır.
Təchizatçı tərəfindən təklifində təklifin və təminatın qüvvədə olma müddəti göstərilmədikdə bu Əsas Şərtlər Toplusunda qeyd olunan minimal müddət nəzərə alınacaqdır.
Qeyd: Təklif edilən malların marka və model barədə məlumatlar təklif ilə birlikdə təqdim edilməlidir.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini və təminatını imzalanmış zərfdə 19 may 2026-cı il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tenderdə iştirak etmək üçün malgöndərənlərin ixtisas göstəricilərinə dair aşağıdakı tələblər müəyyən edilir:
- Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış qiymət təklifinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
- İştirak edəcək Podratçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış– arayış elanın tarixdən sonrakı müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır;
Açıq tender üzrə təklif zərflərinin açılışı 19 may 2026-cı il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalma Komissiyası