Prezident Kitabxanasında 2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olmuş hərbi əməliyyatlara həsr edilən “Aprel döyüşləri — Böyük Zəfərin başlanğıcı” adlı virtual sərgi təqdim olunub.Aprel…
Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində anadan olmuşdur. Böyük qardaşı 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirildikdən sonra ailələri Batuma, Stavropola, ən sonda isə Bakıya köçür. O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, daha sonra Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Gələcəyin dahi filosof alimi hələ gənc yaşlarında ikən poeziyaya maraq göstərmiş, dövri mətbuatda Heydər Hüseynzadə imzası ilə şeirlər çap etdirmişdir.
2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olan hərbi toqquşmalar Qarabağ münaqişəsinin ən gərgin mərhələlərindən biri olmuşdur. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəbhə xəttində baş vermiş, regionda siyasi və hərbi vəziyyətin dəyişməsinə ciddi təsir göstərmişdir. Aprel döyüşləri…
Kitabın elektron variantının olub olmadığını yoxlamaq üçün kitabxanaçılardan və ya kitabxananın rəsmi saytından məlumat ala bilərsiniz.
Kitabxananın rəsmi veb-saytına daxil olaraq “Elektron kitabxana” bölməsindən istədiyiniz kitablara, layihələrə və virtual sərgilərə elektron formatda onları oxumaq və ya endirmək üçün keçid edə bilərsiniz.
Kitabxanada Wi-Fi xidmətləri mövcuddur.
Kitabxananın rəsmi saytına daxil olaraq elektron resurslara giriş əldə bilərsiniz.
Kitabxananın oxu zalları bazar ertəsi - cümə günlərində 9:00-18:00 kimi işləyir.
Kitabxananın rəsmi saytında yeni kitablar bölməsinə daxil olaraq Azərbaycan və xarici dillərdə çap olunan ən son kitablar haqqında məlumat ala bilərsiniz.
Kitabxananın istifadə qaydaları və şərtləri ilə tanış olduqdan sonra Oxu zalında qeydiyyatdan keçə bilərsiniz.
Tədqiqat üçün kitabxananın rəsmi saytında müxtəlif mövzular üzrə biblioqrafik və tam mətinli elektron resurslar vardır.
Ali Attestasiya Komissiyasına arayış təqdim etmək üçün şəxsiyyət vəsiqəsi, kitabın çap variantının olması vacibdir (əlavə olaraq kitabın elektron variant müəllifin öz razılığı ilə təqdim edilə bilər).
Kitabı özünüz və yaxud poçt vasitəsi (nüsxə sayı müəllifin istəyinə görə) ilə təqdim edib arayış ala bilərsiniz.
Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçiləri üçün açıqdır.
Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.