“Sənaye Təhlükəsizliyi Zirvəsi” sənaye sahəsinin dinamik inkişafı və artan təhlükəsizlik çağırışları fonunda sənaye və əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və iş mühitinin təhlükəsizliyi sahələrində dünya səviyyəsində tətbiq edilən innovativ həllər və qabaqcıl təcrübələrin müzakirə edildiyi platformadır. Bu zirvə təkcə bir tədbir deyil, o, dəyişən əmək mühitində təhlükəsizlik mədəniyyətini formalaşdırmaq üçün atılmış strateji addımdır. Əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların, peşəkarların, ekspertlərin və qərarvericilərin bir araya gələrək sənaye təhlükəsizliyi üzrə bilik mübadiləsi aparması, aktual problemləri dəyərləndirməsi və innovativ həll yolları axtarmasıdır. Zirvə həm təcrübəli rəhbərlər, həm də bu sahəyə maraq göstərən yeni nəsil mütəxəssislər üçün öyrənmə, şəbəkələşmə və real təsir imkanlarını təqdim edir. Burada formalaşan hər fikir, atılan hər addım sənaye sahəsində daha sağlam, təhlükəsiz və yaşıl gələcəyin qurulmasına xidmət edir.
“HSE Awards” – fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələri üzrə diqqətəlayiq nailiyyətləri mükafatlandırmaq üçün təşkil edilir. Bu mükafatlar iş yerində təhlükəsizliyin təşviqində, ətraf mühitə təsirlərin azaldılmasında və dayanıqlılığa innovativ yanaşmaların önə çıxarılmasında üstün olan təşkilatların və şəxslərin təltif edilməsini nəzərdə tutmaqdadır. Bununla da, SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə, fərqli sənayelərdə ən yaxşı təcrübələri mənimsəməyə və daha təhlükəsiz, daha dayanıqlı biznes həllərini tətbiq etməyə çağırırıq.
Müraciət et Qaydalarla tanış ol
Moderator: İdrak Nəzərov – bp, Səngəçal Terminalının SƏTƏMM və Karbon izi üzrə qrup rəhbəri
Spiker: Məmməd Əlizadə – SOCAR, Prezidentin Sağlamlıq və Əməyin Mühafizəsi üzrə müşaviri
Spiker: Yaşar Həmzəyev – Beynəlxalq Əmək Təşkilatı, Azərbaycan üzrə koordinator
Spiker: Xamis Seyranov – Azərbaycan Metrologiya İnstitutu, Baş direktor
Spiker: Rövşən Mahmudov – "Prime Cotton" MMC, baş icraçı direktor
Spiker: Samir Əliyev – AZCON Holding, SƏTƏMM şöbəsinin müdiri
Moderator: Emin Dostiyari – Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri
Spiker: İradə Əhmədli – bp AGTR Sənaye Gigiyenası Mərkəzi , Rəhbər
Spiker: İan Collins – How2HOP, təsisçi
Spiker: Max Kaiser – Akdo, ARR Campus, icraçı direktor
Nominasiya 1: Trust Leadership Award
Nominasiya 2: HSE Innovation Award
Nominasiya 3: Workplace Well-Being Award
Nominasiya 4: Social Responsibility Champion Award
Nominasiya 5: HSE Excellence Project Award