Axtarış...
XRİTDX tərəfindən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” tədbiri keçirilib
Tədbirdə 50-dən çox dövlət qurumunun informasiya təhlükəsizliyi sahəsinə məsul nümayəndələri iştirak edib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
26 Fevral - Xocalı soyqırımı günüdür.
Ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastruktur subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi işlər aparılır.
Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu siyasətin uğurla həyata keçirilməsi və milli informasiya ehtiyatlarının ...









