Director’s Welcome
Welcome to The European Azerbaijan School!
Please take the time to explore our website and to discover for yourself, why EAS is one of the leading international schools in Baku.
We are a strong community where we believe in the power of individuals and their ability to achieve. As leaders and educators, we have a responsibility, not just to support, but to inspire and encourage those we teach and those we work with to accomplish more than they thought possible. Our rigorous academic programme and individualised approach in our four divisions (ELC, Primary, Middle School and Secondary) invite students to be curious through a challenging academic programme. We incorporate the International Baccalaureate programmes throughout the different age ranges, namely the Primary Years Programme (PYP), Middle Years Programme (MYP) and Diploma Programme (DP) as we believe strongly that these world-renowned programmes give our students the opportunity to excel academically, whilst supporting their development as individuals. The Diploma Programme gains our graduates access to the highest standard of universities worldwide, which we are proud of.
In our school students are instilled with dynamic life skills and experiences needed to be successful in a fast-changing world. The natural sense of excitement and optimism in our collaborative environment motivates students as they develop teamwork skills and life-long friendships.
In a global society, with increasingly scarce resources, we need to be ambitious in what we wish to achieve both individually and together. We need resilience and tenacity to face challenges and to problem solve, and empathy to collaborate to move forward together. We are preparing young people for their future lives, lives which we cannot fully comprehend currently. Therefore, we support our students to develop a wide range of strategies which help them to address diverse situations and communicate efficiently with others.
As we support our students to develop talents, both academic and non-academic, they are also learning about themselves as learners, and also as individuals. The emotional, social, and health development of each individual is a shared responsibility; thus, we have a consistent approach of caring and looking after our entire community.
I look forward to seeing you all at EAS in the near future.
With kindest wishes,
Francesco Banchini
Director
***
Avropa Azərbaycan Məktəbinə xoş gəlmisiniz!
Zəhmət olmazsa, veb-saytımızı tədqiq etməyə vaxt ayırın və AAM-nin niyə Bakıda aparıcı beynəlxalq məktəblərdən biri olduğunu nəzərdən keçirin.Biz insanların gücünə və nail olmaq qabiliyyətinə inanan güclü bir icmayıq. Liderlər və təhsil işçiləri olaraq bizim öhdəliyimiz yalnız dəstək deyil, eyni zamanda təhsil verdiyimiz və birlikdə işlədiyimiz insanları düşündüklərindən daha çox şeyi əldə etmək üçün ruhlandırmaq və həvəsləndirməkdir. Bizim intensiv təhsil proqramımız və dörd təhsil bölməmizdə (ETM, İbtidai, Orta və Yuxarı Siniflər) olan fərdi yanaşma şagirdləri kompleks bir akademik proqrama maraq göstərməyə təşviq edir. Biz müxtəlif yaş qruplarını əhatə edən Beynəlxalq Bakalavriat proqramlarını - İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP) və Diplom Proqramını (DP) həyata keçiririk, çünki biz inanırıq ki, dünyada geniş yayılmış bu proqramlar şagirdlərimizin bir şəxsiyyət kimi inkişafını dəstəkləməklə onların akademik cəhətdən müvəffəqiyyət qazanmasına imkan yaradır. Diplom Proqramı, məzunlarımıza dünyanın ən yüksək təhsil standartları olan universitetlərinə qəbul olma imkanını verir və bu nəaliyyətlər bizim qürur mənbəyimizə çevrilir.
Məktəbimizdə şagirdlər sürətlə dəyişən dünyada uğur qazanmaq üçün lazım olan dinamik həyat bacarıqlarını və təcrübələri əldə edirlər. Bizim əməkdaşlıq mühitindəki təbii həyəcan hissi və optimizm şagirdləri motivasiya edir, belə ki, onlar komandada işləmək bacarığını və ömürlük dostluq əlaqələrini inkişaf etdirirlər.
Getdikcə az mənbələrə sahib olan qlobal cəmiyyətdə həm fərd olaraq, həm də birlikdə əldə etmək istədiyimiz işlərdə iddialı olmalıyıq. Çətinliklərlə üzləşmək və problemi həll etmək üçün uyğunlaşmağa və möhkəmliliyə, birlikdə irəliləmək və əməkdaşlıq etmək üçün isə empatiyaya ehtiyac duyuruq. Biz gəncləri hazırda bizim tam anlaya bilmədiyimiz gələcək bir həyata hazırlayırıq. Buna görə də şagirdlərimizin müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaları və başqaları ilə səmərəli ünsiyyət qurmalarına kömək edən geniş strategiya hazırlamalarına dəstək veririk.
Şagirdlərimizin istər akademik, istərsə də qeyri-akademik istedadlarını inkişaf etdirməyə kömək etdikcə, onlar eyni zamanda həm bir şagird, həm də bir şəxsiyyət kimi özlərini də kəşf edirlər. Hər bir insanın emosional, sosial və sağlam inkişafı ümumi bir məsuliyyətdir, buna görə də bütün icmamızın qeydinə qalmaq və ona qayğı göstərməyimiz üçün vahid bir yanaşmamız vardır.
Yaxın vaxtda hər birinizi Avropa Azərbaycan Məktəbində səbrsizliklə gözləyirəm.
Ən xoş arzularla,
Francesco Banchini,
Direktor
About EAS
EAS Mission Statement
The European Azerbaijan School provides each student with a diverse and vibrant education in a compassionate and supportive environment which promotes respect, innovation, creativity, intercultural understanding and critical thinking. This enables students to become reflective and respectful international citizens who, as empowered lifelong learners, can flourish globally and contribute fully and meaningfully to their community and create a more peaceful and inclusive society
Our Story
The "European Azerbaijan School" Education Complex" LLC is a private school authorized by the Ministry of Education of the Republic of Azerbaijan. The school is offering international programmes for which it is fully authorized. These include the International Baccalaureate (IB) Primary Years Programme (PYP) authorized in 2017, Cambridge International Examinations (CIE) implemented in 2015 and the IB Diploma Programme (DP) authorized in 2015. We are currently working to be authorized in 2020 with the Middle Years Programme (MYP) to become an IB World School.
The school has grown from the original 95 students in 2011 to our current population of over 900 and includes an Early Years Programme (ages 3-5 years) in addition to programmes for grades 1 to 11. The school is also a member of the Council of International School (CIS) network. In 2017 our first IB Diploma Students graduated from the EAS. In addition to international curricula, we are also able to support students who wish to continue their studies within the national system, scoring well on national exams and gaining acceptance to the best universities in Azerbaijan. A full-time university counsellor assists students with their ongoing university studies. In this way we can be adaptive and flexible to the varying needs of our diverse student population.
The "European Azerbaijan School" Education Complex" LLC operated on two campuses; the original facility in Yasamal has both the Early Years and Primary programmes, while the purpose-built facility in Badamdar accommodates our grade 5-11 students. We are developing our new Early Learning Centre facility located adjacent to the Primary building.
While the vast majority of our students are Azerbaijani citizens, the school has also welcomed students from other nationalities who have enrolled during the last 2 years. With regard to our teaching staff, we have both Azerbaijani educators and overseas teachers, who work together to deliver our programmes and strive for excellence. All teachers have teaching experience, strong academic qualifications and a high language proficiency in English. We combine the best practice from international and national programmes.
As students move through EAS, we ensure there is continuity and progression through the different programmes. Hence, a student moving from PYP into the middle school programme has the understanding and skills needed to make this transition seamlessly. We ensure that students going to IGSCE in grade nine are fully prepared academically, linguistically and socially. Support for students in English is also offered by specialist teachers as required.
In line with our vision for our school we support learning in both Azerbaijani and English for Azerbaijani citizens. We offer in the upper grades not only Russian but also German and Spanish. In addition to the academic curriculum, the school helps students at all levels to develop their talents in areas such as art, design, music, chess and swimming. A rich co-curricular programme in both the primary and secondary sections gives students the chance to participate in clubs and activities. These include team sports such as basketball, football and volleyball, as well as dance, chess, debating, student newspaper, MUN (Model United Nations), music and pottery. Students in primary and secondary regularly participate in international Olympiads and knowledge competitions.
Conveniently located in the heart of the city, the European Azerbaijan School provides state-of-the-art facilities for student life and learning. Our facilities fully support student performances in regular classrooms as well as specialized subject areas including child friendly open spaces to run and play.
Technology is widely used as a powerful teaching and learning tool. The school implements the Bring Your Own Device policy (BYOD) where students bring their personal iPads or laptops to collaborate in an interactive learning journey. Our classrooms are equipped with interactive whiteboards so that our students can look forward to engaging lessons using the latest technology. Each classroom has access to class sets of iPads and computers for research and differentiated learning activities.
The school community places the students at the centre of its decisions in order to deliver excellent and support our students to achieve their full potential. We closely collaborate with parents as we believe that this greatly enhances the outcomes of the young people in our care.
The Schools facilities include:
Secondary:
Specialist Classrooms
Science Labs – Chemistry, Physics and Biology
Auditorium seating 850
Gymnasium
Fitness Centre
25m swimming pool
Performing Arts Centre
Library and study zones
Cafeteria
Medical Centre
Fine Arts Suite
Recording and Video Studios
Robotics and Animation Laboratory
Senior Student Study Centre
Primary and Early Learning Centre:
Specialist rooms – Chess, Music, Art, Russian Language
Gymnasium
Swimming Pool
Theatre seating 200
Cafeteria
Adventure Playground
Nurse room
Library and Study Centre
School Bus Transport is available for students from Early Years (Age 5) upwards.
AAM missiyası
Avropa Azərbaycan Məktəbi hər şagirdə şəfqətli və dəstəkləyici bir mühitdə hörməti, innovasiyaları, yaradıcılığı, mədəniyyətlərarası anlayışı və tənqidi təfəkkürü təşviq edən hərtərəfli və dinamik təhsil fürsəti yaradır. Bu, şagirdlərə sülhsevər və inkluziv cəmiyyət qurucusu ola bilmək üçün ömürboyu öyrənmək əzmində olan, qlobal aləmdə uğur qazanan, öz cəmiyyətinə zəruri və əhəmiyyətli töhfələr verə bilən, refleksiv və başqalarına hörmətlə yanaşan beynəlxalq vətəndaş kimi yetişməyə imkan verir.
Bizim hekayəmiz
"Avropa Azərbaycan Məktəbi " Təhsil Kompleksi MMC Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş özəl məktəbdir. Məktəb xüsusi beynəlxalq proqramları tam səlahiyyətlə təklif edir. Bunlara 2017-ci ildən tətbiqinə səlahiyyət verilmiş Beynəlxalq Bakalavriat (İB) İbtidai məktəb proqramı (PYP), 2015-ci ildən həyata keçirilən Kembric Beynəlxalq İmtahanları (CİE) və 2015-ci ildən tətbiqinə səlahiyyət verilmiş İB Diplom Proqramı daxildir. Hal-hazırda biz 2020-ci ildə tətbiq edilməsinə səlahiyyət almaq və İB Dünya Məktəbi olmaq üçün Orta illər proqramı (MYP) üzərində işləyirik.
Məktəb 2012-ci ildə 95 şagirdi olan məktəbdən 1-11-ci sinif proqramına əlavə olaraq Erkən Təhsil Proqramı (3-5 yaşlar) da daxil olmaqla indiki 900-dən çox şagirdi olan məktəbə çevrilmişdir. Məktəb həmçinin Beynəlxalq Məktəb Şurası (CİS) şəbəkəsinin də üzvüdür. 2017-ci ildə ilk İB Diplom proqramı şagirdləri AAM-dən məzun olmuşdur. Beynəlxalq kurrikulumla yanaşı, biz həmçinin milli imtahanlarda yüksək nəticələr göstərən və Azərbaycanın ən yaxşı universitetlərinə qəbul olan milli sistem daxilində təhsillərini davam etdirmək istəyən şagirdlərə də öz dəstəyimizi əsirgəmirik. Tam gün fəaliyyət göstərən Universitet məsləhətçisi şagirIərə davam edən universitet təhsilləri üçün dəstək xidməti göstərir. Bu yolla biz müxtəlif şagirdlərin fərqli tələbatlarını ödəmək üçün daha çevik fəaliyyət göstərə bilirik.
"Avropa Azərbaycan Məktəbi " Təhsil Kompleksi MMC iki binada fəaliyyət göstərir; Yasamaldakı əsas bina Erkən və İbtidai təhsil proqramları, Badamdardakı yeni məqsəd üçün tikilmiş bina isə 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Biz İbtidai məktəb binasına bitişik yeni Erkən Təhsil Mərkəzi binasını da böyüdürük.
Məktəbin şagirdlərinin böyük əksəriyyəti Azərbaycan vətəndaşları olsa da, son iki il ərzində məktəbə digər millətlərin nümayəndələri də yazılmışdır. Pedaqoji heyətə gəldikdə isə burada həm Azərbaycan, həm də xarici müəllimlər fəaliyyət göstərir və onlar proqramların icrasını birgə həyata keçirir və daim mükəmməlliyə can atırlar. Bütün müəllimlərin pedaqoji təcrübələri, güclü akademik göstəriciləri və ingilis dilində mükəmməl danışıq qabiliyyətləri vardır. Biz beynəlxalq və milli proqramların ən yaxşı tərəflərini birləşdiririk.
AAM-də şagirdlərin müxtəlif proqramlara keçidi zamanı biz onlarda davamlılıq və inkişaf olduğundan əmin olmağa çalışırıq. Belə ki, İbtidai məktəbdən orta məktəbə keçən şagirddə bu keçid üçün lazimi anlama və bacarıq olur. Biz doqquzuncu sinifdə İGCSE proqramına gedən şagirdlərin akademik, dil və sosial baxımdan proqrama tam hazır olduğundan əmin olmağa çalışırıq. Ingilis dilindən tələb olunarsa şagirdlər üçün mütəxəssis müəllimlər tərəfindən dil dəstəyi də təklif edilir.
Məktəbimizin baxışına uyğun olaraq biz Azərbaycan vətəndaşlarının həm ingilis, həm də azərbaycanca təliminə dəstək veririk. Yuxarı siniflərdə biz yalnız rus dili deyil, alman və ispan dillərini də təklif edirik. Akademik kurrikuluma əlavə olaraq, məktəb hər səviyyə üzrə şagirdlərin İncəsənət və dizayn, musiqi, şahmat və üzgüçülük kimi sahələrdə də inkişafı üçün şərait yaradır. İbtidai və orta məktəb bölmələrindəki zəngin ortaq kurrikulum proqramı şagirdlərə klub və fəaliyyətlərdə iştirak etmək imkanı verir. Bunlara basketbol, futbol və voleybol kimi komanda oyunları, eləcə də rəqs, şahmat, debat (müzakirə), şagird qəzeti, BMM (Birləşmiş Millətlər Modeli), musiqi və dulusçuluq aiddir. İbtidai və Orta məktəb şagirdləri mütəmadi olaraq beynəlxalq olimpiadalarda və bilik yarışlarında iştirak edirlər.
Şəhərin mərkəzində rahat şəkildə yerləşməklə, Avropa Azərbaycan məktəbi şagird həyatı və təlimi üçün son texnologiya avadanlıqları ilə təchiz edilmişdir. Avadanlıqlarımız siniflərdə, eləcə də şagirdlərin qaçıb oynaması üçün olan təhlükəsiz sahələr də daxil olmaqla, xüsusi fənn sahələrində şagird fəaliyyətini tam dəstəkləyir.
Texnologiyadan güclü təlim və tədris vasitəsi kimi geniş istifadə olunur. Məktəbimizdə Öz cihazını özün gətir (BYOD) qaydası tətbiq edilir və şagirdlər interaktiv öyrənmə prosesinə qoşulmaq üçün öz şəxsi iPad və ya kompüterlərini məktəbə gətirirlər. Siniflərimiz interaktiv ağ lövhələrlə (ağıllı lövhələrlə) təchiz edilmişdir. Bu da son texnologiyadan istifadə etməklə şagirdlərin maraqlı dərsləri həvəslə gözləməsinə səbəb olur. Hər sinfin araşdırma və fərqləndirilmiş təlim fəaliyyətləri üçün planşet və kompüterlərə giriş imkanı vardır.
Məktəb icması əla təhsilə nail olmaq və şagirdlərin tam potensialını üzə çıxarmaq üçün onları öz qərarlarının mərkəzinə qoyur. Biz valideynlərlə yaxından əməkdaşlıq edir və bunun şagirdlərimizin nəticələrini zənginləşdirəcəyinə inanırıq.
Məktəbə aşağıdakılar daxildir:
Orta məktəb:
İxtisaslaşdırılmış siniflər
Elmi laboratoriyalar – Kimya, Fizika və Biologiya
850 yerlik Akt zalı
İdman zalı
Fitness Mərkəzi
25m-lik üzgüçülük hovuzu
Tətbiqi incəsənət Mərkəzi
Kitabxana və öyrənmə sahələri
Yeməkxana
Tibb mərkəzi
Təsviri incəsənət suitası
Səsyazma və video studiyaları
Robot texnologiyası və Animasiya Laboratoriyası
Yuxarı sinif şagirdi üçün öyrənmə mərkəzi
İbtidai və Erkən Təlim Mərkəzi:
İxtisaslaşdırılmış otaqlar– Şahmat, Musiqi, İncəsənət, Rus dili .
İdman zalı
Üzgüçülük hovuzu
200 yerlik Teatr – Akt zalı
Yeməkxana
Macəra Oyun meydanı
Kompüter Laboratoriyası
Tibb bacısının otağı
Kitabxana və Təlim mərkəzi
Kiçik yaşlı (5 yaş) şagirdlərdən başlayaraq daha yuxarı sinif şagirdləri üçün Məktəb Avtobus Nəqliyyat xidməti mövcuddur.