Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki
reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ölkə ərazisində (Şuşa şəhərinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi istisna olmaqla) açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edən publik hüquqi şəxsdir.
Reklam, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
Əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam hesab edilir.